...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2006 11:48 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 30-da saat 13.30-dan 13.45-dək Tərtər rayonunun Həsənqaya kəndinin 2,5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərin atəşə tutub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 31-də saat 01.50-dən 02.30-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti