...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində monitorinq keçirilməsi planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2006 15:06 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçiriləcək.

Monitorinqi təmas xəttinin Azərbaycan tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal və Piter Ki, qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Günter Folk keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti