...

ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri Ağcabədi rayon icra başçısı ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2007 16:09 (UTC +04:00)

Ağdam rayonu ərazisində monitorinq keçirən ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri Ağcabədi rayon icra hakimiyyətində də olublar. Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Trend in bölgə müxbirinə verdiyi məlumata görə, ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri rayon icra başçısından erməni hərbçilərinin atəşkəsi pozması haqda soruşublar.

Ş.Məmmədov bildirib ki, atəşkəs olmasına baxmayaraq, erməni hərbi birləşmələri intensiv olaraq atəşkəsi pozurlar. O cümlədən erməni hərbçiləri Milli Ordumuzu, yaşayış məntəqələrimizi, əkin sahələrində işləyən kənd sakinlərini daim atəşə tuturlar.

Xəbər lenti

Xəbər lenti