...

Qafqaz üzrə Beynəlxalq Böhran Qrupunun yeni rəhbəri Tiflisdə vəzifəsinin icrasına başlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2007 16:50 (UTC +04:00)

Qafqaz üzrə Beynəlxalq Böhran Qrupunun (BBQ) yeni rəhbəri Maqdalena Friçeva martın 1-dən Tiflisdə vəzifəsinin icrasına başlayacaq. Bu barədə Trend ə BBQ-nin Azərbaycandakı rəhbəri Vüqar Qocayev məlumat verib.

Mandata uyğun olaraq, M. Friçeva işinə martın 1-dən başlaycaq. O, bu postda BBQ-nin Avropa üzrə proqram (kurasiya 40 dövlət) direktoru, təşkilatın prezident müavini tərəfindən təyin olunmuş Sabina Freyzeri əvəzləyəcək.

M. Friçevanın yaxın aylarda regionun bütün dövlətlərinə, həmçinin bilavasitə tanışlıq və bir sıra görüşlərin keçirilməsi üçün Azərbaycana da səfər edəcəyi güman edilir.

Böhranların Aradan qaldırılması üzrə Beynəlxalq Qrup - qeyri-kommersiya, 5 qitədə 110 əməkdaşı olan müstəqil beynəlxalq təşkilatdır. O, beynəlxalq cəmiyyətin münaqişələrin proqnozlaşdırılması, aydınlaşdırılması, onların aradan qaldırılması və qarşısını almaq qabiliyyətinin möhkəmləndirilməsi üçün yaradılıb.

Təşkilatın mənzil- qərargahı Brüsseldə yerləşir, prezidenti Avstraliyanın keçmiş xarici işlər naziri Qaret Evansdır (Gareth Evans).

Xəbər lenti

Xəbər lenti