...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasına baş çəkəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2007 14:29 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqeləri ilə tanış olmaq və Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün mümkünlüyünü müzakirə etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasına baş çəkəcəklər.

Cümə axşamı Ermənistan XİN-in mətbuat və informasiya idarəsindən "ARKA" agentliyinə verilən məlumata əsasən, bu barədə razılıq dünən Ermənistan və Azərbaycan XİN rəhbərləri Vardan Oskanyan və Elmar Məmmədyarovun Belqradda keçirilmiş görüşündə əldə olunub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan rəhbərinin şəxsi nümayəndəsi Ancey Kaspşik iştirak edib.

Müzakirələr zamanı həmsədrlər tərəfindən bu gün tərəflərin nəzərdən keçirdiyi prinsiplər çərçivəsində bir sıra razılaşdırılmamış məsələrlə bağlı bəzi təkliflər irəli sürülüb. Bununla belə, vasitəçilərin regiona səfərinin müddəti göstərilmir.

Belqradda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin 16-cı görüşündə iştirak edib.

Xəbər lenti

Xəbər lenti