...

"AZERROS"-un prezidenti: Xalqlar Dostluğu Universitetində insident azərbaycanlılara qarşı yönəldilmiş provokasiyadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2007 16:30 (UTC +04:00)
"AZERROS"-un prezidenti:  Xalqlar Dostluğu Universitetində insident azərbaycanlılara qarşı yönəldilmiş provokasiyadır

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Bu bəyanatla Rusiya azərbaycanlılarının milli-mədəni muxtariyyəti federasiyasının prezidenti Söyün Sadıqov baş vermiş hadisənin bütün cəhətlərini müəyyən etmək məqsədilə Rusiyanın Xalqlar Dostluğu Universitetinin rəhbərliyi ilə, o cümlədən prorektor Qladuşla aparılmış görüşdən sonra çıxış edib.

"Azərbaycanlılara qarşı yönəldilmiş ermənilərin növbəti provakasiyası azərbaycanlıları Rusiyada pis mənada təqdim etmək və iki ölkə, xalq arasında olan dostluq münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır. Biz Sumqayıt və tarixin digər faciəvi səhifələrini yaxşı xatırlayırıq. Həmin vaxt ermənilər özləri qırğın törədərək və müxtəlif növ provakasiyalara əl ataraq bütün dünyaya car çəkirdilər ki, guya azərbaycanlılar vəhşidir və onlarla birgə yaşamaq mümkün deyil. Onlar bu çirkin yollarla planlaşdırdıqları Azərbaycan ərazisini qəsb etməyə hazırlaşırdılar. Buna görə də bizim hamımıza, əsasən də gənclərə bəyan edirəm ki, bu növ provakasiyalara uymaq lazım deyil. Bu cür provakasiyaların qarşıdan gələn parlament seçkiləri ilə bağlı Ermənistanın hansısa daxili siyasi məqsədlərinə xidmət etməsi də mümkündür", - deyə Söyün Sadıqov bildirib.

O həmçinin qeyd edib ki, ali məktəb rəhbərliyi nümayəndələrinin bildirdiyinə görə, insidentdə iştirak edən ermənilər arasında Xalqlar Dostluğu Universitetinin tələbələri olmayanlar da olub. Bu, növbəti dəfə ermənilərin provakasiyasının məqsədyönlü şəkildə olmasını sübut edir.

"Ağıllı, güclü və proqressiv Azərbaycan gəncləri Azərbaycanın, Azərbaycan xalqının gələcəyidir və yalnız onların köməyi ilə Dağlıq Qarabağı və Azərbacyanın işğal altında olan digər torpaqlarını azad etmək olar. Buna görə də hər şeydən əvvəl yumruqla yox, ağılla hərəkət etmək lazımdır. Bunun üçün Rusiyada təbliğatı fəallaşdırmaq, Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv məlumatları, zəngin tarixi-mədəni irsi çatdırmaq lazımdır", - deyə Söyün Sadıqov bildirib.

"AZERROS" prezidenti həmçinin xüsusi olaraq qeyd edib ki, Rusiya özü başa düşür və ya başa düşməlidir ki, Dağlıq Qarabağ separatçılarının dəstəklənməsi ilk növbədə çoxmillətli ölkə olan Rusiya üçün çox təhlükəlidir. Rusiya özünü yüzlərlə, minlərlə separatçı respublikalara bölünmək təhlükəsinə salır. "Dağlıq Qarabağın tanınması Rusiya üçün iflasdır. Rusiya Kosovonu tanımayıb. Orada özlərinin suveren dövləti olan və serb əyalətində çoxluq təşkil edən etnik albanlar oradan azlıq təşkil edən serbləri qovub. Qarabağda vəziyyət analojidir - müqəddəratını təyin etmə hüququna əsaslanan erməni çoxluğu suveren dövlətə malik olsa da, genosid və etnik təmizləmə yolu, həmçinin aqressiv müharibə və separatizm yolu ilə azərbaycanlıları öz doğma torpaqlarından qovub və Ermənistan hərbi qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan bir neçə administrativ rayonunu işğal edib", - deyə Rusiya azərbaycanlıları müxtariyyətinin lideri qeyd edib.

Sadıqovun sözlərinə görə, azərbaycanlı gənclər bir çox istiqamətlərdə Rusiyanın ictimai rəyinə təsir edə bilər. Onlar iqtisadi inkişaf edən, zəngin və sabit Azərbaycanı təmsil edirlər. Azərbaycan Rusiya üçün özünü Rusiya Federasiyasının bir növ subyektinə çevirən Ermənistandan olduqca vacib strateji əməkdaşdır. Rusiya Ermənistanı müftə yemləyir və Ermənistan qonşu dövlətlərə aqressiv siyasətinə görə Ermənistan xalqının firəvanlığını belə düşünmədən transregional enerji layihələrindən özünü təcrid edib. "Rusiyaya heç bir strateji və iqtisadi potensiala malik olmayan Ermənistan deyil, resurslarla zəngin, bərabərhüquqlu Azərbaycan lazımdır", - deyə Sadıqov qeyd edib.

"AZERROS" prezidenti həmçinin vurğulayıb ki, ali məktəbin rəhbərliyi ilə görüş zamanı universitetin toqquşmada iştirak edən tələbələrinin ali məktəbdən kənarlaşdırılmaması və provaktorların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə qarşılıqlı əlaqə barədə razılıq əldə olunub.

"Biz sona qədər xəsarət almış azərbaycanlı Ağəli Alışovun vəziyyətini günahkarların layiqli cəza alması üçün izləyəcəyik. Biz hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşmüşük və onlar məlumat veriblər ki, cinayət işi qaldırılıb. Biz öz tərəfimizdən hüquq-mühafizə orqanları ilə əlaqə və xəsarət almış Alışovun maraqlarının müdafiəsi üçün xüsusi vəkillər ayırmışıq. Onlar işi məhkəməyə qədər aparacaq", - deyə Söyün Sadıqov vurğulayıb.

Görüşdə tərəflər həmçinin gələcəkdə bu cür insidentlərlə üzləşməmək üçün bir-birini planlaşdırılan mədəni və digər tədbirlər hqqında məlumatlandırmaq haqqında razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti