...

Tərtər çayında bəndqurma işlərinə başlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistanın işğalı altında olan Tərtər Su Anbarında suyun qarşısını açmaqla yarana biləcək təhlükəni önləmək üçün Tərtər çayının bəzi hissələrində bəndqurma işlərinə başlanılıb. Tikinti işlərini həyata keçirən Qarabağ Su Tikinti törəmə müəssisəsinin baş mühəndisi İlham Aslanov çayın Tərtər şəhər hissəsində uzunluğu 3,2 km, hündürlüyü isə 7 m olan bəndin tikintisi mərhələli şəkildə aparılacaq.

Ötən il bəndin 200 m hissəsi inşa olunub, Bu il isə 180 m bəndin inşası aparılacaq. Tikintidən sonra çayın məcrası 300metrdən 90 metrə gədər azaldılacaq.

Tərtər paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti