...

Dövlət Komitəsinin sədri: "Dağlıq Qarabağa mən də gedə bilərəm" (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2007 16:44 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Dağlıq Qarabağa mən də gedə bilərəm" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bir qrup azərbaycanlı ziyalının Dağlıq Qarabağa səfərini təqdir edir. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən Nazim İbrahimov özü açıqlama verib.

O bildirib ki, ziyalılarımız Azərbaycanın mövqeyini öz adlarından da ermənilərə çatdırmaqla düzgün hərəkət ediblər. İbrahimovun fikrincə, azərbaycanlı ziyalılar heç də təslimçi mövqe tutmayıblar, ona görə də onların səfərində pis heç nə yoxdur: "Dağlıq Qarabağa hər bir kəs, o cümlədən mən də gedə bilərəm. Ermənilər işğaçı olsalar da, heç nədən qorxmadan kiminsə qapısına gedib orada sözünü demək əslində güclülük əlamətidir. Hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dəyişməz mövqeyini hər bir yerdə söyləməlidir və bu, təqdirəlayiq haldır" - deyə Dövlət Komitəsinin sədri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycandan kənarda da bu addım normal qəbul edilir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib, 1992-ci ildən indiyədək də işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub, tərəflər sülh danışıqlarını davam etdirirlər.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti