...

Qırmızı Xaç Ermənilərin azərbaycanlını əsir götürdüyünü təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı ofisinin nümayəndələri cümə günü Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin şimal-şərq istiqamətində əsir götürülən Azərbaycan milliyyətindən olan mülki şəxsə baş çəkib.

Cümə günü Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən verilən məlumata görə, əsir götürülmüşün fiziki və psixoloji vəziyyətinin monitorinqi aparılıb. Qəbul olunmuş təcrübəyə uyğun olaraq Qırmızı Xaç müayinənin yekunlarını açıqlamır. Komitədən verilən məlumata görə, əsir götürülənin vəziyyəti barədə yalnız Azərbaycan hakimiyyəti məlumatlandırılıb.

Komitənin Bakı ofisindən bildiriblər ki, Qırmızı Xaç Komitəsinin nümayəndəsi iyulun əvvəlində əsir götürülən və Dağlıq Qarabağda saxlanılan daha bir azərbaycanlıya baş çəkib. Həmin şəxsin vəziyyətinin monitorinqi dördüncü dəfə aparılıb.

Cümə günü Ermənistan KİV-nin verdiyi məlumata görə, avqustun 2-də qüvvələrin təmas xəttində Azərbaycanın Tərtər rayonunun sakini, 1978-ci il təvəllüdlü Əliyev Anar Marif oğlu əsir götürülüb. Daha öncə isə Ermənistan tərəfi mülki şəxs qismində cəbhə xəttində 29 yaşlı Əşrəf Cəfərovu əsir görürüb.

Xəbər lenti

Xəbər lenti