...

Dövlət başçısının mətbuat katibi: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivi ilə bağlı Ermənistan prezidentinin nikbinliyi daha ehtiyatlı olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2007 17:51 (UTC +04:00)

Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan bu gün Mediamaks agentliyinə bildirib ki, "Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivi ilə bağlı nikbinliyi daha ehtiyatlı olub".

Ermənistan prezidentinin mətbuat katibi nizamlanmanın hazırkı mərhələsini və rəsmi Bakı nümayəndələrinin danışıqlar prosesinin dalana dirənməsi ilə bağlı bəyanatlarını şərh edərkən bunu bildirib.

"Danışıqların hazırkı mərhələsinə hər-hansı birmənalı qiymət vermək çətindir. Mən bunu qəti şəkildə qiymətləndirməkdən çəkinərdim, üstəlik tərəflərin prosesə qiymət verməsi bir qayda olaraq subyektiv olur. Bununla belə, fakt faktlığında qalır: danışıqlar hələ ki, nəticə verməyib", - deyə Viktor Soqomonyan bildirib.

Xəbər lenti

Xəbər lenti