...

Ermənistan Silahlı Qüvvələri altı istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri son iki gündə qoşunların təmas xəttində altı istiqamətdə atəşkəsi pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son üç ay ərzində erməni hərbçilərinin atəşkəsi pozması halları intensivləşib. Bu müddətdə atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbçisi şəhid olub.

Məlumata görə, erməni hərbçiləri cümə günü yarım saat ərzində Tərtər rayonunun Yarımca kəndinin 1,5 km cənub-şərqində yerləşən mövqelərindən və müxtəlif saatlarda həmin rayonun Çaylı kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutublar.

Ermənistan Silahlı Qüvvələri həmçinin , cümə günü saat 22.10-dan 22.45-dək Tərtərin Qızıloba kəndinin 3 km cənub-qərbində, eyni vaxtda Ağdamın Sarıcalı kəndinin 0,5 km şərqində yerləşən mövqelərindən atəşkəsi pozublar.

Erməni hərbçiləri şənbə gününə keçən gecə müxtəlif saatlarda Ağdamın Əhmədağalı kəndinin 3 km. cənub-qərbində, Şıxlar kəndinin 0,5 km cənubunda yerləşən mövqelərdən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti