...

Amerikalı general: "ABŞ Rusiya ilə RƏM üzrə qarşılıqlı əməkdaşlığın mümkünlüyünə inanır"

Siyasət Materials 18 Sentyabr 2007 19:05 (UTC +04:00)
Amerikalı general:  "ABŞ Rusiya ilə RƏM üzrə qarşılıqlı əməkdaşlığın mümkünlüyünə inanır"

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov/ "Bir müddət öncə Rusiya ilə raket əleyhinə müdafiə məsələsi üzrə Vaşinqton və Parisdəki ikitərəfli müzakirələrimizə əsaslanaraq, biz inanırıq ki, ballistik raketlərin mövcud və artan təhlükəsinin qarşısını almaq məqsədilə əlverişli əməkdaşlıq üçün imkan mövcuddur",-deyə çərşənbə axşamı ABŞ-ın Raket Müdafiəsi Nazirliyinin direktor müavini, briqada geeneralı Patrik Cey Oreyli amerikalı, rus və azərbaycanlı yüksək vəzifəli ekspertlərin Qəbələ RLS-ə səfərindən sonra keçirlən brifinqdə bildirib.

Onun sözlərinə görə, RLS-ə səfərin məqsədi, Rusiyanın, stansiyanın birgə istifadəsi ilə bağlı təklifi tam anlamaq üçün, radar qurğuların imkanları ilə ümumi tanışlıq idi. "Bizim üçün yaradılan imkanı qiymətləndiririk və raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq üçün yol tapa biləcəyimizdə nikbinik. Bu səfər texniki xarakter daşıyırdı və bizim ekspertlərimizə stansiayaya baxmaq və onun potensialı haqqında məlumatlar toplamağa imkan verdi",- söyləyən general əlavə edib ki, səfər zamanı rəsmi danışıqlar və məsləhətləşmələr aparılmayıb. Onun sözlərinə görə, bu səfərin nəticəsi informasiya toplanılmasıdır. Bu informasiya oktyabr ayında amerikalı və rus ekspertlərinin növbəti görüşündə müzakirə olunacaq.

"Birləşmiş Ştatlar, bu təklif üzrə istənilən irəliləyişlə bağlı, Azərbaycan hökuməti ilə sıx məsləhətləşmələr aparacaq",-deyə Oreyli söyləyib.

Xəbər lenti

Xəbər lenti