...

Vilnüs sammitində 5 ölkənin prezidentləri iştirak edəcəklər

Siyasət Materials 26 Sentyabr 2007 15:18 (UTC +04:00)
Vilnüs sammitində 5 ölkənin  prezidentləri iştirak edəcəklər

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Oktyabrın 10-11-də Litvada keçiriləcək energetika sahəsində təhlükəsizlik üzrə Vilnüs sammitində 5 ölkənin prezidentləri iştirak edəcək. Bu barədə Trend ə cümə günü Litva prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Prezidentlər sırasında İlham Əliyev (Azərbaycan), Mixail Saakaşvili (Gürcüstan), Valdas Adamkus (Litva), Lex Kaçinski (Polşa), Viktor Yuşenko (Ukrayna) var.

Sammit oktyabrın 10-da günün ikinci yarısında prezident sarayında Dəyirmi masa ilə açılacaq: "Enerji tədarükünün yolları: Krakovo konfransından sonrakı faliyyət". Sonra isə, mətbuat konfransı və işgüzar şam yeməyi nəzərdə tutulub ki, orada da "Qlobal enerji hədələrinə Aİ-nin cavabı" mövzusunda energetika üzrə Aİ komissarı Andris Piebalqsın çıxış edəcəyi gözlənilir. Növbəti gün konfrans Reval Hotel Lietuvab otelində Litva prezidentinin "Aİ-nin xarici energetika siyasətinin inkişafı üzrə təkliflər" çıxışı ilə başlayacaq. Sonra "Aİ-nin xarici enerji təhlükəsizliyi və qlobal energetika təhlükəsizliyi hədələri" mövzusunda Dəyirmi masa keçiriləcək. Növbəti Dəyirmi masanı "Energetika bazarının genişləndirilməsi məqsədilə Xəzər və Qara dəniz regionu ilə energetika əməkdaşlığının genişləndirilməsi" mövzusu ilə, Azərbaycan prezidenti İlham Əliyev açacaq. Burada həmçinin, Rumıniya prezidenti Troyan Basesku, Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstanın baş naziri Zurab Noqaideli, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Baymırat Hocamuhammedov, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Mehmet Hilmi Güler və digərlərinin çıxışı gözlənilir. Nahardan sonra konfransın yekunları aparılacaq və yekun mətbuat konfransı keçiriləcək.

ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın iştirakı gözlənilir. Ümumilikdə konhfransda 20-dən çox ölkə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti