...

Azərbaycan Kommunist Partiyasının rəqib üzvləri bir-birlərindən şikayət verəcəklər

Siyasət Materials 1 Oktyabr 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) ikiyə bölünmüş tərəfləri -Rüstəm Şahsuvarov və Rauf Qurbanovun tərəfdarları bir-birlərindən məhkəməyə və Ədliyyə Nazirliyinə şikayət verəcəklər. Bu barədə bazar ertəsi Trend ə Qurbanov və Şahsuvarov açıqlama veriblər.

AKP-nin sədri Ramiz Əhmədov vəfat etdikdən sonra partiya iki yerə - sədr müavinləri Şahsuvarov və Qurbanovun tərəfdarlarına bölünüblər. Partiyanın sentyabrın 22-də keçirilən Plenumunda Qurbanov sədr müavini vəzifəsindən azad edilib. Qurbanovun tərəfdarları isə, Plenumu tərk edərək, Mərkəzi Komitənin buraxılmasına qərar verib və qurultayın çağırılması üzrə Təşkilat Komitəsi yaradıblar.

Şahsuvarovun tərəfdarları oktyabrın 14-də qurultay keçirəcəklər. Onların sədrliyə namizədi Şahsuvarovdur. Digər tərəfin nümayəndələri isə, öz qurultaylarında Qurbanovu sədr seçmək niyyətindədirlər.

Qurbanov bildirib ki, o, Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.

Şahsuvarovun tərəfdarlarının oktyabrın 14-də keçirəcəyi qurultayın qeyri-legitim olacağını deyən Qurbanov əlavə edib ki, AKP-nin 50 rayon təşkilatından 35-dən çoxu həmin tədbirdə iştirak etməyəcək. Ona görə də Qurbanov Ədliyyə Nazirliyinə müraciətində oktyabrın 14-də keçirləcək qurultayın tanınmamasını xahiş edəcək.

Şahsuvarov isə bildirib ki, Qurbanovun tərəfdarları ayrılıqda qurultay keçirib, sənədlərini Ədliyyə Nazirliyinə təqdlim edəcəyi təqdirdə, onlardan məhkəməyə şikayət verəcək.

AKP solçu, müxalifətyönlü partiyadır.

Xəbər lenti

Xəbər lenti