...

Bərdədə iş adamını qətlə yetirən şəxs tutulub

Siyasət Materials 3 Oktyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend , Ş.Cəliloğlu/ Bərdə rayonunda iş adamını odlu silahdan qətlə yetirən şəxs tutulub. Trend in bölgə müxbirinin, Bərdə rayon Prokurorluğuna istinadən, verdiyi məlumata görə, cinayətkar Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Akif Zakir oğlu Gülməmmədovdur.

Oktyabrın 1-də axşam 20.00 radələrində Bakıdan 320 kilometr cənub-qərbdə yerləşən Bərdənin Füzuli küçəsində iş adamı, "Qarabağ" şadlıq evinin müdiri 1967-ci il təvvəllüdlü Rza Rəşid oğlu Təhməzov "Makar" tipli odlu tapança ilə, baş nahiyəsindən vurularaq, qətlə yetirilib. Hadisədən sonra cinayətkar tapançanı Daxili Qoşunların Bərdədə yerləşən N saylı hərbi hissəsinin ərazisinə atıb.

Bərdə rayon Prokurorluğu hadisənin baş vermə səbəbini araşdırır. İstintaq sirri olduğundan, əlavə məlumatlar verilmir.

Xəbər lenti

Xəbər lenti