...

Azərbaycan prezidenti Hindistana səfər edəcək

Siyasət Materials 3 Oktyabr 2007 14:05 (UTC +04:00)
Azərbaycan prezidenti Hindistana səfər edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan prezident İlham Əliyevin Hindistana rəsmi səfəri planlaşdırılır. Çərşənbə günü telefonla Dehlidən Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayevin verdiyi məlumata görə, səfərin ilin sonuna qədər baş tutacağı gözlənilir.

Səfirin verdiyi məlumata görə, səfərin hazırlanması ilə bağlı məsələlər xarici işlər nazir Elmar Məmmədyarovun payızda Hindistana səfəri zamanı bu ölkənin hökuməti ilə müzakirə olunacaq.

Səfər zamanı ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Diplomatın sözlərinə görə, ilin sonuna qədər səfirlik Azərbaycan Mili Məclisinin sədri Oqtay Əsədov və iqtisadi inkişaf naziri Heydər Babayevin Hindistana səfərini təşkil etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti