...

Vilnüsdə GUAM – Litva forumu keçiriləcək

Siyasət Materials 9 Oktyabr 2007 12:10 (UTC +04:00)
Vilnüsdə GUAM – Litva forumu keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri oktyabrın 10-da Vilnüsdə keçiriləcək GUAM - Litva biznes-forumunda iştirak edəcəklər. Bu barədə çərşənbə axşamı Azərbaycan Françayzinq Assosiasiyasının sədri Elşən Musayev məlumat verib.

Vilnüsdə Energetika formu çərçivəsində keçiriləcək biznes-forum Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın Françayzinq Assosiasiyaları, həmçinin Litva Sənayeçilər Konfederasiyasının təşəbbüsü ilə keçiriləcək.

Biznes-forumda GUAM iştirakçı ölkələrinin sahibkar və iş adamlarının iştirakı gözlənilir.

Forumda www.guamtimes.info internet portalının təqdimatı keçiriləcək və iş adamları arasında yeni işgüzar münasibətlərin inkişafı məqsədilə GUAM-biznes-inteqrasiya klubu təsis ediləcək" - deyə Musayev bildirib.

Xəbər lenti

Xəbər lenti