...

Azərbaycan prezidenti: Bakı Ankaranı PKK-ya qarşı mübarizə məsələsində hərtərəfli dəstəkləyir

Siyasət Materials 6 Noyabr 2007 21:57 (UTC +04:00)
Azərbaycan prezidenti: Bakı Ankaranı PKK-ya qarşı mübarizə məsələsində hərtərəfli dəstəkləyir

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Azərbaycan Türkiyəni terrorçuluq və kürd döyüşçüləri ilə mübarizədə dəstəkləyib və gələcəkdə də dəstəkləmək niyyətindədir. "Biz Türkiyənin terrorçuluğa qarşı bütün əməliyyatlarını, PKK terror təşkilatına qarşı bütün əməliyyatlarını dəstəkləyirik və həmişə Türkiyənin yanında olacağıq"-deyə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə prezidenti Abdulla Güllə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Əliyevin sözlərinə görə, bu mövqe iki strateji tərəfdaşın-Türkiyə ilə Azərbaycanın qardaşlıq telləri üzərində formalaşıb. O qeyd edib ki, bu, bölgədə sülhün, sabitliyin və inkişafın bərqərar olmasına yardım göstərəcək.

Türkiyəli həmkarı ilə keçirdiyi danışıqların nəticələrindən danışan Azərbaycan prezidenti onları yüksək qiymətləndirərək bütün reqional proseslərə baxışların vahidliyini qeyd edib.

Prezident həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini müsbət qiymətləndirərək iqtisadi əməkdaşlığın və beynəlxalq təşkilatlardakı əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. İlham Əliyev ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbuluna dair cəhdləri qətiyyətlə pisləyib.

Türkiyə prezidenti Abdulla Gül Azərbaycanda üçgünlük səfərə gəlib.

Xəbər lenti

Xəbər lenti