...

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunan ərazilərdə güclü pərtləyışlar törədiblər

Siyasət Materials 9 Dekabr 2007 23:15 (UTC +04:00)

Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Saat 11 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunan ərazilərdə güclü pərtləyışlar törədiblər.

Cəbhəyanı kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, bir saat müddətində bir neçə dəfə güclü partlayış səsləri eşidilib. Baş verən partlayfşlar torpaq titrəməsini yaradıb, nəticədə təmas xəttinə yaxın yerləşən evlərin hasarlarında çatlar əmələ qəlib.

Qeyd edək ki, Ermənistan ordusunun bölmələri Azərbaycan torpaqlarının 20% işğal edib. Həmin ərazilər nəzarətsiz olduğundan ermənlər istənilən vaxt hərbi təlimlər keçirməklə bərabər güclü partlayışlar da törədir.

Xəbər lenti

Xəbər lenti