...

Azərbaycan prezidenti Bakının Nərimanov rayonu ərazisində yeni salınan yolla tanış olub

Siyasət Materials 14 Dekabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakının Nərimanov rayonu ərazisində, Nəsib bəy Yusifbəyli küçəsinin davamı olaraq 1,4 kilometr uzunluğunda yeni salınmış yolla tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək deyib ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə prezidentin verdiyi göstərişə əsasən, "Gənclik" meydanından Ceyhun Hacıbəyli (keçmiş Fabritus) küçəsinədək 650 metrlik dördzolaqlı yol salınıb. Bu yolu prospektə çevirmək məqsədi ilə onun Nəsimi rayonu ərazisinə, Səməd Vurğun küçəsinə qədər uzadılması nəzərdə tutulur. Bütövlükdə yolun uzunluğu 1400 metr olacaq. Dördzolaqlı yeni prospekt nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsində və tıxacların aradan qaldırılmasında mühüm rol oynayacaq.

Nazirin sözlərinə görə, bu yolun bir üstünlüyü də ondan ibarətdir ki, "Gənclik" meydanı istiqamətinə gedən əsas küçələr prospektlərlə birləşəcək. Buradan hərəkət etməklə Ceyhun Hacıbəyli küçəsinə, Həsən Əliyev prospektinə, Mirəli Qaşqay küçəsinə, Azadlıq prospektinə, Xan Şuşinski, Səməd Vurğun küçələrinə çıxmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti