Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Ramazanova/ Bu gün Bakıda İsrailin Xorev Tibb Mərkəzinin nümayəndəliyi açılıb.
Nümayəndəliyin məqsədi informasiya yardımı, azərbaycanlıların İsraildəki Xorev klinikasında müalicəsinin təşkili, otel və aviabiletlərin sıfarişi, sığorta, viza dəstəyi və VIP servis təqdim etməkdən ibarətdir. Xəstələrə israilli həkimlər xidmət göstərəcək. Onlar şəkər xəstəliyi olan uşaq və təqaüdçüləri, həmçinin Yəhudi Evi və "Həsəd" Xeyriyyəçi Təşkilatının himayəsində olan şəxsləri qəbul edəcəklər.