...

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üçüncü qurultayına təbrik məktubu göndərib

Siyasət Materials 5 Fevral 2008 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı,05 fevral / Trend /Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üçüncü qurultayına təbrik məktubu göndərib.Təbrikdə deyilir ki,ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoyub.Bu mərhələdə həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər.Bu sahədə uğurlu nəticənin əldə olunmasında hər il hökumətin Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə imzaladığı Baş Kollektiv Sazişin əhəmiyyəti böyükdür.Azərbaycanın iqtisadiyyatında aparıcı mövqeyi olan özəl bölmədə əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün Həmkarlar İttifaqlarının ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməli olduğunu vurğulayan ölkə başçısı ümidvar olduğunu bildirib ki, qurultayın işgüzar fəallığı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək, demokratiyanın və azad cəmiyyətin inkişafı, insanların firavan həyatının təmin olunması işinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti