...

ATƏT Parlament Assambleyasının yay sessiyası Qazaxıstanda keçiriləcək

Siyasət Materials 14 Fevral 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / " , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) yay sessiyası Qazaxıstan paytaxtı Astanada keçiriləcək. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, parlamentin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, prosedur qaydalara əsasən, ATƏT PA-nın yay sessiyası iyul ayında keçirilir: "Yəqin ki, sessiya iyul ayının əvvəllərində baş tutacaq. Amma sessiyanın Qazaxıstanda keçiriləcəyi dəqiqləşib".

İl ərzində ATƏT PA-nın iki dəfə qış və yay sessiyası keçirilir.

ATƏT PA-nın qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək. Sessiyada Kosovonun gələcək statusu və Avropada "Adi silahlara dair" müqaviləyə əməl olunması məsələləri müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Mvuradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyev daxildir.

Nümayəndə heyəti fevralın 18-də Vyanaya yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti