...

İlham Əliyev Qdanskdakı "Azadlıq yolu" muzeyi ilə tanış olub

Siyasət Materials 27 Fevral 2008 22:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Lex Kaçinski fevralın 27-də Qdansk şəhərindəki "Azadlıq yolu" muzeyi ilə tanış olublar.

Burada məlumat verilib ki, İkinci Dünya müharibəsi zamanı bu yeraltı binadan insanların gizlənməsi üçün istifadə olunub. Müharibə illərində gizli fəaliyyət göstərən "Solidarnost" təşkilatının üzvləri burada vaxtaşırı toplaşıblar və binadan mənzil-qərargah kimi istifadə ediblər.

Sonra prezidentlər Polşanın azadlıq uğrunda mübarizə yolunu əks etdirən filmə tamaşa ediblər.

Filmdə Sovet İttifaqının dağılmasına təkan verən və Avropanın keçmiş sosialist respublikalarında, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrində kommunist rejiminə qarşı keçirilmiş etiraz aksiyaları və kütləvi nümayişlərdən bəhs olunur.

Xəbər lenti

Xəbər lenti