...

Azərbaycanın müxalifətçi gəncləri etiraz aksiyasına hazırlaşırlar

Siyasət Materials 5 Mart 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva/ Müxalifət partiyalarının gənclər təşkilatlarının təsis etdiyi "Biz" koalisiyası bir həftə ərzində etiraz aksiyası keçirməklə bağlı qərar qəbul edib. Bu barədə çərşənbə günü Trend a koalisiyanın həmtəsisçilərindən biri olan Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı məlumat verib.

Koalisiyada Azərbaycanın Liberal, Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Milli İstiqlal partiyalarının gənclər təşkilatları təmsil olunur. Koalisiyanın təsis olunmasında əsas məqsəd Azərbaycanın demokratik inkişafında gənclərin rolunu artırmaqdır. Koalisiyada təmsil olunmaqla bağlı digər müxalifət partiyalarının gənclər təşkilatları partiya sədrlərinin qərarını gözləyir.

Abbaslının sözlərinə görə, etiraz aksiyasında məqsəd Azərbaycan cəmiyyətinin diqqətini mövcud aktual siyasi problemə artırmaqdır.

"Aksiyanın keçirilmə məkanı və vaxtı əvvəlcədən elan olunmayacaq. Aksiyaya icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmən müraciət təqdim olunmayacaq", deyə Abbaslı bildirib.

Xəbər lenti

Xəbər lenti