...

Azərbaycanın XİN başçısı Latviyaya səfər edəcək

Siyasət Materials 17 Mart 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Ağayeva / Aprel ayının üçüncü ongünlüyündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi Trend a telefonla Riqadan Azərbaycanın bu ölkədəki səfiri Tofiq Zulfüqarov məlumat verib.

Səfər zamanı siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlarda əməkdaşlıq və münasibətlər, həmçinin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və islahatların reallaşdırılmasında Latviya təcrübəsindən istifadə məsələləri müzakirə olunacaq.

Azərbaycan XİN başçısının Riqada GUAM çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini də müzakirə edəcəyi gözlənilir.

Yaxın vaxtlarda səfirlik səfərin hazırlıqlarına başlayacaq.

Xəbər lenti

Xəbər lenti