...

NATO-nun sammiti Azərbaycan, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib

Siyasət Materials 3 Aprel 2008 19:01 (UTC +04:00)
NATO-nun sammiti Azərbaycan, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib

Rumıniya, Buxarest, 03 aprel/ Trend , müxbir Ü.Əliyev/ NATO-nun Buxarestdə keçirilən sammiti cümə axşamı Azərbaycan, Moldova və Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu barədə bu gün Buxarestdə Rumıniya prezidenti Trayan Basesku mətbuat konfransında məlumat verib.

Prezident bildirib ki, Kosovonun müstəqilliyinin postsovet məkanındakı "dondurulmuş münaqişələr" üçün mümkün presedentini nəzərə alan Şimali Atlantika Alyansı sammitin yekun sənədinə əlavə bəndin daxil edilməsi haqqında qərar qəbul edib.

Bundan əlavə, Basesku bildirib ki, Serbiya hələ ki, Alyansa daxil olmaq məqsədilə NATO-ya müraciət etməyib, Ukrayna və Gürcüstan isə, Üzvlük üzrə Fəaliyyət Planına (ÜFP) münasibətdə "fəallıq nümayiş etdirməyiblər". Bununla yanaşı, Basesku bildirib ki, sammitdə Ukrayna və Gürcüstanın NATO sıralarına daxil olmaq yolunda addımları müsbət qarşılanıb.

SSRİ-nin dağıldığı andan, postsovet məkanında üç "dondurulmuş münaqişə" var - Dağlıq Qarabağ (Azərbaycan), Gürcüstan -Abxaz (Gürcüstan), Dnestryanı (Moldova). Beynəlxalq vasitəçilərin yardımı ilə aparılan danışıqlar indiyədək müsbət nəticələr verməyib.

Xəbər lenti

Xəbər lenti