...

Moldova GUAM-dan çıxmağa hazırlaşmır – nazir müavini

Siyasət Materials 15 Aprel 2008 13:05 (UTC +04:00)
Moldova GUAM-dan çıxmağa hazırlaşmır – nazir müavini

Azərbaycan, Bakı, 15 aprel / " , müxbir S.Ağayeva/ Moldova GUAM-dan çıxmağa hazırlaşmır.

"Moldova GUAM çərçivəsində qəbul olunmuş qərarların aşağı templərlə reallaşdırılmasından narazıdır və bu haqda Moldova prezidenti Vladimir Voronin bu yaxınlarda bəyan edib" - deyə Trend a çərşənbə axşamı Moldovanın reinteqrasiya üzrə nazir müavini İon Stevila bildirib.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib.

Əvvəllər Moldova prezdenti Voronin ölkənin GUAM-da iştirakının səmərəsizliyi barədə bəyan edib. Onun fikrincə, bu, həmçinin Dnestryanıda münaqişənin nizamlanmsı ilə bağlı Rusiyanın mövqeyinə təsir göstərir.

Stevilanın sözlərinə görə, Moldova prezidenti ölkənin GUAM-ın tərkibindən çıxması barədə danışmayıb, sadəcə, təşkilat çərçivəsində praktiki nəticələrin reallaşdırılmasına dair öz fikrini söyləyib.

"Bu, təşkilata üzv ölkələrin ümumi əhval-ruhiyyəsidir. Biz GUAM çərçivəsində iqtisadi layihələrin tezliklə gerçəkləşdirilməsinə nail olmaq istəyirik" - deyə nazir müavini bildirib.

O, həmçinin Moldovanın bu mövqeyinin Dnestryanının müsətqilliyinin Rusiya tərəfindən tanınması təhlükəsilə əlaqədar olmasına dair informasiyanı təkzib edib.

"Rusiya Dnestryanı münaqişənin həllində maraqlıdır, biz inanırıq ki, münaqişə qarşılıqlı anlaşma və etibar çərçivəsində həll olunacaq" - deyə Stevila bildirib.

GUAM-ın baş katibi Valeri Çeçalaşvili çərşənbə axşamı Trend a bildirib ki, Moldovanın GUAM-dan çıxması ilə bağlı informasiya şişirdilib.

"Moldova təşkilatdan çıxmasına dair GUAM-a rəsmi müraciət göndərməyib" - deyə Çeçalaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti