...

Azərbaycan prezidenti Litvanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 21 Aprel 2008 22:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Litva arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi. Qarşılıqlı dövlət səfərlərinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev münasibətlərin daha da genişləndirilməsində bunların rolunu xüsusi vurğuladı. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı iqtisadi münasibətləri inkişaf etdirmək, qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün də yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Litva Baş nazirinin ölkəmizə bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Xəbər lenti

Xəbər lenti