...

Azərbaycan Parlamenti kiçik bələdiyyələrlə bağlı qərar qəbul edib

Siyasət Materials 25 Aprel 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti effektiv fəaliyyət göstərməsi üçün kiçik bələdiyyələrin birləşməsinə imkan verən dəyişikliyi qəbul edib. "Bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna mailk seçicilərin 25 faizinin razılığı ilə bələdiyyələr birləşə bilər", - deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib.

Azərbaycanda 2757 bələdiyyə var.

Parlamentin iclasında "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin statusu haqqında" qanunlara bələdiyyələrin birləşməsini nəzərdə tutan dəyişikliklər edilməsi müzakirə olunub. Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda elə bələdiyyələr var ki, onlar yalnız beş nəfərdən ibarətdir: "Eyni zamanda, bir çox bələdiyyələrin ərazisində az sayda seçici yaşayır. Belə bələdiyyələr effektiv fəaliyyət göstərə bilmirlər".

Parlament dəyişikliyi qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti