Azərbaycan, Bakı, 01 may / " / Azərbaycan Aktauda (Qazaxıstan) Baş konsulluğunu açacaq. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın iri liman-neft mərkəzində Baş konsulluğun açılmasına dair sərəncam imzalayıb.
Sənərcama əsasən, Aktauda Azərbaycan Baş konsulluğunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə maliyyə və maddi-texniki təchizat məsələlərinin ay ərzində həll edilməsi barədə Nazirlər Kabinetinə göstəriş verilib. Azərbaycan XİN-ə isə yeni Baş konsulluğun ştat cədvəli və strukturunun ay ərzində təsdiq edilməsi barədə tapşırıq verilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]