...

Gürcüstan prezidenti, BMT Baş Assambleyasında dəstəyə görə, Azərbaycana xüsusi minnətdarlığını bildirib

Siyasət Materials 16 May 2008 17:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 may / Trend , müxbir A. Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili bu ölkə tərəfindən BMT-yə təqdim olunan Qaçqınlara dair Qətnaməyə səsvermə zamanı layihənin lehinə səs verdiyinə görə, Azərbaycana minnətdarlığını bildirib. Qətnamə bütün qaçqınların Abxaziyadakı doğma evlərinə qayıtmasını nəzərdə tutur. Bu barədə Mixail Saakaşvili cümə gün ü ARDNŞ-ə məxsus olan Küləvi terminalının açılış mərasimində bildirib.

BMT Baş Assambleyası dünən Qətnamə qəbul edib. Səsvermə zamanı 14 ölkə, o cümlədən Azərbaycan Qətnamənin lehinə, 11 ölkə, o cümlədən Rusiya, Belarus və Ermənistan isə "əleyhinə" səs verib.

"Məhz belə vəziyyətlərdə həqiqi dəstək ortaya çıxır və azərbaycanlılar Gürcüstana qarşı qardaş münasibətdə olduqlarını bir daha təsdiq etdilər", - deyə Gürcüstan dövlətinin başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti