Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan tərəfindən ölkənin Ehtiyyat Valyuta Fondunun hesabına köçürdüyü 44 mln. 800 min ABŞ dollarının dövlətin təhsil sisteminin inkişafına yönəldilməsi barədə sərəncam verib.
Türkmən liderinin mətbuat xidmətindən " Turkmenistan.ru "nun müxbirinə verilən məlumata görə, pul vəsaitləri əvvəllər Azərbaycan tədarük olunan təbii qaza görə maliyyə tələbləri və borc öhdəliklərinin nizamlanması barədə hökumətlərarası müqaviləyə əsasən köçürülüb.
Dövlət başçısı tərəfindən imzalanan qərara əsasən, Türkmənistanın təhsil Nazirliyi və Milli Bankına göstərilən vəsaitlərin məqsədli istifadəsinə dair tapşırıq verilib.