...

"Beş"lərin iclasında seçkiqabağı mühit müzakirə olundu

Siyasət Materials 24 May 2008 23:52 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 may / Trend / Bu gün Azərbaycanın müxalifət "Müsavat" partiyasının qərargahında "beş"lərin toplantısı keçirilib. Patiyanan mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ilk növbədə seçkiqabağı vəziyyət müzakirə edilib. İki sənəd: mövcud seçki məcələsinə əlavələr və dəyişikliklər haqqında demokratik qüvvələrin mövqeyini əks etdirən qanun layihəsi, iqtidarın seçki məcəlləsinə təklif etdiyi təkliflərə demokratik qüvvələrin münasibətini əks etdirən arayış əsas kimi qəbul edilib.

"Beş"lərin qərarına əsasən "Azadlıq" blokuna təklif edilib ki, Milli Məclisin iclasına qədər bu məsələlərə ortaq mövqedən münasibət bildirmək imkanı bir daha nəzərdən keçirilsin.

İclasda seçki məcəlləsinin təkmilləşdirilməsi və seçkiqabağı mühitin demokratikləşdirilməsi istiqamətində səylərin əzmlə davam etdirlməsi qərara alınıb

Xəbər lenti

Xəbər lenti