...

Əfqanıstanda qəzaya uğramış vertolyotun sərnişinləri arasında Azərbaycan sülhməramlıları yoxdur – səfirlik

Siyasət Materials 6 İyun 2008 16:06 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış vertolyotun sərnişinləri arasında Azərbaycan sülhməramlıları yoxdur – səfirlik

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir S.Ağayeva/ Əfqanıstanda qəzaya uğramış vertolyotun sərnişinləri arasında Azərbaycan sülhməramlıları yoxdur.

Əfqanıstanın cənubunda, Qəndahar əyalətində cümə günü vertolyotun düşməsi nəticəsində beynəlxalq qüvvələrin iki hərbi qulluqçusu həlak olub. Bu barədə "Azadlıq" radiosu məlumat verib. Həlak olanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.

Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyinin məlumatı araşdırması nəticəsində məlum olub ki, qəzanın qurbanları arasında Azərbaycanın sülhməramlıları yoxdur. Bu barədə Trend -a səfirliyin müşaviri Sabir Rzayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlıları Kabildə xidmət keçirlər. Bu gün Əfqanıstandakı çoxmillətli qüvvələrin tərkibində Azərbaycandan 45 hərbçi iştirak edir. Milli Məclisə onların sayını 100 nəfərədək artırmaq barədə müraciət göndərilib.

Azərbaycanın 150 nəfərlik sülhməramlı qüvvələri İraqda xidmət keçirlər. Onlar, həmçinin, Kosovoda (34 sülhməramlı) xidmət keçirdilər. Martda Azərbaycan parlamenti diyarın müstəqilliyini elan etməsi və birtərəfli şəkildə Serbiyadan ayrılmasından sonra yaranmış siyasi vəziyyətlə əlaqədar, öz kontingentini Kosovodan geri çağırıb.

Xəbər lenti

Xəbər lenti