...

Gürcüstanda demokratiya gəncdir və yalnız indi onun idarə edilməsi üzrə axtarışlar aparılır - ABŞ dövlət katibi

Siyasət Materials 10 İyul 2008 13:16 (UTC +04:00)
Gürcüstanda demokratiya gəncdir və yalnız indi onun idarə edilməsi üzrə axtarışlar aparılır - ABŞ dövlət katibi

Gürcüstan, Tbilisi, 10 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda demokratiya gəncdir və yalnız indi onun idarə edilməsi üzrə axtarışlar aparılır ki, bu da mətbuat azadlığı, insan hüquqlarının müdafiəsi üzrə institutların yaradılmasını, azad seçkiləri və əlbəttə ki, müxalifəti nəzərdə tutur. Bu isə güclü parlamentə aparır. Son nəticədə bütün bunlar azad hüquq üçün lazımdır, - Gürcüstan müxalifəti və QHT nümayəndələri ilə görüşdə ABŞ dövlət katibi Kondaliza Rays bəyan edib.

Bu bəyanatı dövlət katibi Gürcüstanın müxalifət partiyaları və QHT-nin fikirlərini dinlədikdən sonra verib. Dövlət katibi ilə görüşən nümayəndələr ölkədə müxalifət partiyalarının və vətəndaşların hüquqularının pozulması, KİV-ə göstərilən təzyiqlər barədə danışıblar.  

"Biz ölkə daxilində demokratiyanın xarici münasibətlərdən asılı olduğuna əminik və biz sizin demokratiyanızı dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, ABŞ-da demokratiyanın çətin proses olduğunu anlayırlar və bu, ölkəmizin timsalında əla görünür", - Rays deyib.

Dövlət katibi bildirib ki, əsas demokratiyanın yaradılmasına istəyin olmasıdır.

Görüşdən sonra Xristian-Demokrat Partiyasının rəhbəri Giorgi Tarqamadze bəyan edib ki, onda "dövlət katibinin Gürcüstanda baş verənlərdən yaxşı xəbərdar olması" haqqında təəssürat oyanıb. "O, Gürcüstandakı vəziyyət haqqında təfsilatlı məlumata malikdir və əlbəttə ki, biz Gürcüstanın НАТО-ya üzvlüklə bağlı perspektiv məsələlərini müzakirə etdik. Qeyd etməliyəm ki, müxalifət bu perspektivə Gürcüstanın ərazi bütövlüyü və demokratiyanın inkişafında əsas şərt kimi baxır", - o deyib.

Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze Raysla təkbətək görüşmək imkanının olmasından razı qaldığını bildirb. "Biz ölkədəki mövcud vəziyyəti, bu vəziyyətə aid olan problemləri müzakirə etdik və ABŞ-ın münaqişələrin həll edilməsində, demokratik dövlət quruculuğunda Gürcüstana göstərdiyi dəstəyin hiss edilməsi barədə danışdıq", - o qeyd edib.

Respublikaçıların lideri David Usupaşvili qeyd edib ki, o, Gürcüstanın MAP əldə etməsini müzakirə edib və Gürcüstan və ABŞ hakimiyyətlərinin etdiyi səhvləri göstərib. "Saakaşviliyə edilən düşünülməmiş bu dəstək bizi açınacaqlı nəticələrə gətirib çıxarıb", - o deyib.

Leyboristlərin rəhbəri Şalva Natelaşvili deyib ki, o, dövlət katibinin nəzərinə "onların gürcü xalqına deyil, Şevardnadze və Saakaşvili kimi şəxslərə inanaraq, gürcü cəmiyyətini nəzərə almamaları" ilə etdikləri səhvi çatdırıb. "Biz gürcü müxalifətinin Raysla görüşünün sentyabrda Vaşinqtonda keçirilməsini təklif etdik və razılıq aldıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti