...

YUNESKO Qırğızıstanda dağın irs siyahısına daxil edilməsi məsələsinə yenidən baxıb

Siyasət Materials 17 İyul 2008 17:04 (UTC +04:00)

Qırğızıstan, Bişkək, 17 iyul/ Trend , müxbir R.Mehdihəsənli/ YUNESKO-nun Kvebek şəhərində (Kanada) keçirilən Ümumdünya İrs Komitəsinin 32 iclasında "Müqəddəs Sulayman -Too dağı" nominasiyasının YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi barədə məsələyə yenidən baxılıb. İclasda Qırğızıstanın Mədəniyyət və İnformasiya naziri Sultan Rayev iştirak edib. Nazirin sözlərinə görə, sessiyada ilk dəfə olaraq qırğız xalqının mədəni irsi Sulayman-Too dağının YUNESKO-nun İrsi siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.

Müsabiqədə ümumilikdə 300-dən çox obyekt iştirak edib, lakin onlardan yalnız 21-i YUNESKO-nun Mədəni İrs siyahısına düşüb. "Müqəddəs dağ" nominasiyasında Yaponiyadakı Fudziyama, Keniyadakı Nayanç və digərləri təqdim olunublar. "Bu hadisə yalnız mədəni deyil, siyasi xarakter də kəsb edir; Qırğızıstan ilk dəfə olaraq bu siyahıya düşə bilər. Biz 10 il ərzində siyahıya düşməyə çalışmışıq, lakin hazırki günədək heç bir nəticə olmayıb", - Qırğızıstanın mədəniyyət naziri Sultan Rayev Trend -a bildirib.

Xəbər lenti

Xəbər lenti