...

Azərbaycan prezidenti Misir səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 19 Avqust 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend / Prezident İlham Əliyev avqustun 19 - da Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir Misir-Azərbaycan münasibətlərinin son illər uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycandakı fəaliyyəti müddətində göstərilən diqqətə görə hökumətə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycanla Misir arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. Prezident Əliyev səfirin diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmləndiyini və onun münasibətlərin inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb.

Prezident iki ölkənin əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti