...

Venesiya komissiyası Azərbaycanla "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasında əməkdaşlığa hazırdır

Siyasət Materials 22 Avqust 2008 11:00 (UTC +04:00)
Venesiya komissiyası Azərbaycanla "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasında əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 21 avqust/ Trend , müxbir R.Novruzov/ Venesiya komissiyası Azərbaycanla dövlət büdcəsindən "Siyasi partiyalar haqqında" qanun layihəsinin  hazırlanmasında əməkdaşlığa hazırdır, -   Trend -a Venesiya komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov deyib.

"Komissiya bu məsələdə böyük təcrübəyə malikdir və Azərbaycan hakimiyyəti bizə belə sorğu ilə müraciət etsə, biz qanun layihəsinin işlənməsində kömək etməyə hazırıq", - o deyib.

Azərbaycan tərəfindən belə sorğu hələ ki, daxil olmayıb.

"Milli konteksdə iqtisadi imkanlar və Azərbaycanda formalaşan siyasi mədəniyyət prinsipindən çıxış etmək lazımdır",  - əvvəllər Trend -a Azərbaycan Prezidenti İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu barədə deyib.

"Mənim mövqeyim ondan ibarətdir ki, biz Türkiyənin yalnız parlamentdə təmsil olunan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsindən gələcəkdə istifadə edə bilərik", - Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti