...

Azərbaycan prezidenti Xızıda bəzi obyektlərin açılış mərasimində iştirak edib

Siyasət Materials 22 Avqust 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev bu gün Xızı şəhərinə səfəri çərçivəsində şəhər ictimaiyyəti qarşısında çıxışı zamanı bildirib ki, gözəl təbiətə malik olan bölgədə turizmin və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün xüsusi proqramlar hazırlanıb.

Dövlət başçısı rayonun problemlərinin həlli üçün əlavə vəsaitin ayrılacağını deyib.

Prezident səfəri çərçivəsində Xızı şəhərindəki Şahmat Mərkəzi ilə tanış olub. Mərkəzin direktoru Esmira Kərimova dövlət başçısına məlumat verib ki, qısa müddətdə tikilib istifadəyə verilmiş mərkəzdə uşaqların bu qədim oyunun sirlərini öyrənməsi üçün şərait vardır. Gələcəkdə mərkəzin genişləndirilməsi nəzərdə tutulur. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Xaçmazda keçirilmiş zona yarışlarında məktəbin yetirməsi Xalidə Abdullayeva birinci, respublika yarışlarında isə dördüncü yeri tutub.

Ümumiyyətlə, rayonda bədən tərbiyəsi və idmana böyük diqqət göstərildiyi də vurğulanıb.

Prezident daha sonra Xızı şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeyin açılış mərasimində iştirak edib.

Muzeyin ekspozisiya salonunda Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər toplanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti