Prezident İlham Əliyev sentyabrın 7-də Salyan rayonunda olub. Dövlət başçısı Qardili kənd orta məktəbi binasının açılışında iştirak edib.
İlham Əliyev burada
Heydər Əliyev Fondunun hədiyyələri ilə
tanış olub, fondun ölkəmizdə təhsilin
inkişafəna göstərdiyi diqqət və
qayğını yüksək qiymətləndirib.
Prezident məktəbdə yaradılan şəraiti yüksək dəyərləndirib, ölkəmizdə təhsilin inkişafına diqqət və qayğının bundan sonara da artırılacağını bildirib, habelə müəllimləri yeni dərs ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.