...

BMT Gürcüstana gürcülərin etnik təmizlənməyə məruz qalması faktlarının müəyyən edilməsi üzrə xüsusi missiya göndərəcək

Siyasət Materials 9 Sentyabr 2008 12:26 (UTC +04:00)
BMT Gürcüstana gürcülərin etnik təmizlənməyə məruz qalması faktlarının müəyyən edilməsi üzrə xüsusi missiya göndərəcək

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ BMT Rusiyanın hərbi müdaxiləsinin nəticələrini, gürcü-abxaz münaqişəsi zonasında müdaxilədən sonra yaranan humanitar böhranı, həmçinin etnik təmizləmə faktlarını öyrənmək məqsədi ilə Gürcüstana İşçi qrup göndərəcək. Bu barədə Nyu-Yorkda Gürcüstan parlamentinin sədri David Bakradzenin BMT Baş katibi Pan Gi Mun ilə görüşündən sonra məlum olub.

Bakradze ölkələrin BMT-dəki daimi nümayəndə rəhbərləri ilə 17 görüş keçirib.

"Təhlükəsizlik Şurasının heç bir üzvünün Cənubi Osetiya və Abxaziyanın tanınma məsələsini nəzərdən keçirməməsi və Gürcüstanın ərazi bütövlüyünü şübhə altına qoymamaları olduqca mühüm faktdır", - Baş katiblə görüşdən sonra Bakradze bildirib.

O qeyd edib ki, bütün görüşlərdə Gürcüstan əmin edilib ki, Rusiyanın separatçılara qarşı münasibətdə fəaliyyəti yalnız tənqidə layiqdir.

"Biz Baş katibin vədini yerinə yetirəcəyinə və təşkilatın nümayəndə heyətinin Gürcüstanda vətəndaş hüquqlarının miqyaslı pozulması və Rusiyanın hücumu nəticəsində yaranan humanitar böhranla tanış olacaqlarına ümid edirik", - deyə Gürcüstan parlamentinin sədri bildirib.

Bakradze qeyd edib ki, missiyanın səfərinin yekunları Gürcüstanın Rusiyaya qarşı irəli sürmək niyyətində olduğu gürcülərin etnik təmizlənməyə məruz qalmasına dair ittihamlar üçün əsas ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti