...

AŞ-nin regionlar konqresinin prezidenti gürcü qaçqınların təhlükəsiz qayıtmasını tələb edir

Siyasət Materials 12 Sentyabr 2008 13:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə səfərdə olan Avropa Şurasının regionlar konqresinin prezidenti Yavuz Mildon bütün qaçqınların öz doğma evlərinə təhlükəsiz qayıtmasını tələb edib. "Bütün tərəflər əldə olunmuş razılaşmalara əməl etməli, qaçqınların dinc və təhlükəsiz qayıtmasını təmin etməlidir", - Mildon dünən keçirilmiş yekun mətbuat konfransında bəyan edib.  

O bildirib ki, Qoriyə və münaqişə zonasındakı gürcü kəndlərinə baş çəkib. "Bu kəndlər yerlə yeksan edilib və bu ərazilərdə etnik təmizləmə faktı təsdiqini tapsa, bütün təqsirkarlar cəzalarını almalıdır", - Mildon deyib.

Onun sözlərinə görə, sentyabrın 19-da Gürcüstandakı vəziyyətin müzakirə olunacağı AŞPA-nın Bürosunun iclası keçiriləcək. "Dekabrın 2-də gürcü məsələsi AŞPA-nın sesiyasında müzakirə ediləcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti