...

Əfqanıstanda USPI xüsusi mühafizə şirkətinin üç əməkdaşının cəsədi tapılıb

Siyasət Materials 15 Sentyabr 2008 12:30 (UTC +04:00)
Əfqanıstanda USPI xüsusi mühafizə şirkətinin üç əməkdaşının cəsədi tapılıb

Əfqanıstan, Kabil, 15 sentyabr / Trend A.Həkimi / USPI xüsusi mühafizə şirkətinin cümə günü Taliban qiyamçıları tərəfindən Fərah vilayətinin Balaböyük şəhəri ətrafında oğurlanmış üç əməkdaşının cəsədi bazar günü səhər saatlarında Fərah vilayəti ətrafında tapılıb.

Trend un Kabildəki müxbirinin məlumatına əsasən, Fərah vilayətinin valisi Ruhuləmin "Əfqanın səsi" xəbər agentliyinə müsahibəsində bildirib ki, cümə günü Taliban qiyamçıları və USPI şirkəti əməkdaşları arasında baş vermiş atışma zamanı şirkətin üç əməkdaşı qiyamçılar tərəfindən oğurlanıb.

Onun sözlərinə görə, USPI mühafizə şirkətinin işçiləri polis qüvvələri və dövlət rəsmiləri ilə razılaşdırmadan Taliban qiyamçıları ilə atışıb. Vali əlavə edib ki, USPI mühafizə şirkəti keçirdiyi əməliyyatı yerli təhlükəsizlik qüvvələri ilə razılaşdırsaydı, ölüm faktı olmazdı.

Taliban qiyamçıları ötən gün həmin vilayətin Şivan kəndi ətrafında Amerika qüvvələrinə hücum ediblər. Hücum zamanı Taliban qiyamçılarından 10 nəfər həlak olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti