Azərbaycanın Sosial layihələr Fondunun prezidenti, politoloq Rəşad Rzaquliyev xüsusi olaraq Trend üçün
Ermənistan parlamentinin sədri Tiqran Torosyanın istefası Ermənistanın hakim Respublika Partiyasının mərkəzi orqanı tərəfindən təşəbbüslənib.
Adı şəxsi xarakterli söz-söhbətlərlə hallandırılan cənab Torosyanın Ermənistan parlamentinin sədri olmasının "məqsədəuyğun" olmaması məsələsi, əslində dünyada güclü təsirə malik erməni diasporu və respublika rəhbərliyi arasında böhranlı qarşılıqlı formatı nümayiş etdirən Ermənistan siyasi dairələrindəki parçalanmanın təzahürüdür.
Münaqişənin bazisi - rəsmi Yerevanın xarici siyasətinin istiqamətləridir.
Qarabağın böyük hərbi-siyasi qruplaşmasını təmsil edən Ermənistan prezidenti Serj Sarkisyan ölkənin heç də məşhur siyasətçisi deyil. O, Rusiya meylli siyasətin təmsilçisidir. Erməni dünyası isə əksinə, əmindir ki, Rusiyanın ehtiyatları tükənib və Qərblə "müharibə astanasına" daxil olan şimal qonşunun nəzarəti altında gələcək addımlar Ermənistan Respublikasının milli maraqlarına ziyan vurur.
Məhz bu təsəvvür fəal şəkildə güc yığan Ermənistan siyasi müxalifətinin özülünə qoyulub və böyüməkdə olan böhranın qurbanlarından biri Torosyan oldu.
Ermənistanda hakimiyyət və müxalifət qarşıdurmasının yaranması, ölkənin ən yeni siyasi tarixinin faktoqrafiyası nəzərə alınmaqla, qanlı hərc-mərcliklə doludur. Ermənistanda hərbi yolla hakimiyyətə gəlmiş Qarabağ klanının seçkilərdə seçicilərin azad iradəsi ilə dəyişdirilməsinin mümkünsüzlüyü isə ilk baxışdan bəllidir.
Müəllifin fikri Trend İnformasiya Agentliyinin redaksiyasının fikri ilə üst-üstə düşməyə bilər.