...

Azərbaycanın Avrasiya Hüquqşünaslar Assosiasiyasının prezident seçkilərini izləyəcək 2300 müşahidəçisi qeydiyyatdan keçib

Siyasət Materials 10 Oktyabr 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanın Avrasiya Hüquqşünaslar Assosiasiyası prezident seçkilərini müşahidə etmək üçün nəzərdə tutduğu 2300 nəfər qeydiyyatdan keçib. Bu barədə Trend -a cümə günü Avrasiya Hüquqşünaslar Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məlumatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasında, dairə və məntəqə seçki komissiyalarında qeydiyyatdan keçənlər ölkə üzrə dairə və məntəqələrin 50 faizində müşahidə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti