Azərbayca, Bakı, 12 oktyabr/ Trend / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 26 nəfərdən ibarət nümayəndə heyəti, bu qurumun Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin rəhbərliyi altında oktyabrın 12-də Bakıya gəlib. Səfərin məqsədi Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.
MSK yanında Müstəqil Mətbuat Mərkəzindən Trend -a bildiriblər ki, səfər zamanı AŞPA müşahidəçiləri prezidentliyə namizədlər və media nümayəndələri ilə görüşəcəklər.
Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir.
Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]