...

Azərbaycanın Gəncə şəhərində prezident seçkisini ATƏT-in xətti ilə 56 müşahidəçi izləyəcək

Siyasət Materials 14 Oktyabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Gəncə, 14 oktyabr / Trend , müxbir V. Məmmədov/ Azərbaycanın Gəncə şəhərində prezident seçkisini ATƏT-in xətti ilə 56 müşahidəçi izləyəcək.

ATƏT-in uzunmüddətli müşahidə misiyasının nümayəndəsi Haynts Rudolfun Trend - a verdiyi məlumata əsasən, hazırda Gəncədə 4 uzunmüddətli və 52 qısamüddətləi müşahidəçi var. "Seçki günü Gəncədəki 37 və 38 saylı dairə seçki komissiyalarının məntəqələrində seçki prosesini 2 uzunmüddətli və 26 qısamüddətli müşahidəçi izləyəcək. Digər iki uzunmüdətli və 26 qısamüddətli müşahidəçilər 39 və 40 saylı dairənin məntəqələrinidə müşahidə aparacaqlar. Çalışacağıq ki, bütün məntəqələrə baş çəkək. Daha sonra bir məntəqədə seçkinin gedişini sonadək müşahidə edəcəyik", - deyə Rudolf bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Gəncədə fəaliyyət göstərən dairə seçki komissiyalarından Trend - a verilən məlumata görə, ATƏT- in xətti ilə şəhərə gələn müşahidəçilərdən başqa, MDB dövlətlərindən olan müşahidəçilər də seçkini izləyəcəklər.

Dairələrdən verilən məlumata görə, Gəncədə 1319 yerli müşahidəçi qeydiyyata alınıb ki, onlardan da 610 nəfəri siyasi partiyaların, 424 nəfəri QHT nümayəndələridir. 285 nəfəröz təşəbbüsü ilə seçkini izləyəcək.

Bugünə olan məlumata əsasən, Gəncədə seçki dairələrindən 2208 nəfərə qeydiyyatdan çıxma vəsiqələri verilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti