...

Misirdə yaşayan Azərbaycan vətəndaşlarının 42 faizi səs verib

Siyasət Materials 15 Oktyabr 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir Ü.Sadıqova/Misirdə rəsmi qeydə alınmış Azərbaycan vətəndaşlarının 42 faizi seçki məntəqəsinə gələrək səs verib.

"Azərbaycan seçicilərinin ümumi sayı 113 nəfər olub ki, onların da hazırda 42 faizi səs verib", - çərşənbə günü Trend - a Qahirədən Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov deyib.

Diplomatın sözlərinə görə, səs verənlərin əksəriyyəti tələbələr və səfirliyin işçiləri, eləcə də Misirdə daimi yaşayan respublika vətəndaşlardır.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti