...

İranda yaşayan azərbaycanlılar İlham Əliyevə səs verib

Siyasət Materials 16 Oktyabr 2008 00:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Azərbaycan prezidenti seçkisində AR-ın İrandakı səfirliyi nəzdində yaradılmış seçki məntəqəsində səslərin 95 faizini hakim partiyanın namizədi İlham Əliyev qazanıb, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov telefonla Trend -a bildirib.

"Səsvermədə səfirliyin bu ölkədə qeydiyyata aldığı 252 Azərbaycan vətəndaşının 50 faizi iştirak edib. Səslərin hesablanması nəticəsində məlum olub ki, səs verənlər hazırki prezident İlham Əliyevə üstünlük veriblər. Digər namizədlərə 8 seçici səs verib", - Həsənov bildirib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti